Saakaşviliyə 5 ilə yaxın daha bir həbs cəzası verildi
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili dövlət sərhədini qanunsuz keçmə işi üzrə təqsirli bilinib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Exo Kavkaza” məlumat yayıb.
Tiflis Şəhər Məhkəməsində hökm bu gün elan olunub. Hökmə əsasən, Saakaşvili sərhədi qanunsuz keçdiyinə görə 4 il 6 ay həbs cəzasına məhkum edilib.
Gürcüstan məhkəmələri artıq Mixail Saakaşvilini ümumilikdə 9 il həbs cəzasına məhkum etdiyinə görə, hakim Saakaşvilinin 12 il 6 ay həbs cəzası çəkəcəyini bildirib. Bu hökmə əsasən, Mixail Saakaşvili 2034-cü il aprelin 1-dək həbsdə qalacaq.
İvanişvili hakimiyyəti tərəfindən barəsində axtarış elan olunmuş siyasətçi 2021-ci il sentyabrın 29-da Gürcüstana gəlib və oktyabrın 1-də həbs edilib.
Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 344-cü (dövlət sərhədini qanunsuz keçmə) maddəsi ilə cinayət işi açılıb. Gürcüstana qayıtmasından öncə isə Saakaşvili iki halda qiyabi həbs cəzasına məhkum edilib. Digər məhkəmə prosesi də davam edir.
Xatirə SADİQ