Fransız deputat “Azadlıq heykəli”ni qaytarmağı tələb etdi 

Avropa Parlamentinin Fransadan olan deputatı Rafael Qlüksman ABŞ-ni Fransa xalqı tərəfindən hədiyyə olunan “Azadlıq heykəli”ni geri qaytarmağa çağırıb.

Mar 17, 2025 - 12:46
Fransız deputat “Azadlıq heykəli”ni qaytarmağı tələb etdi 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “France 24” məlumat yayıb. 

Avroparlamentarinin sözlərinə görə, ABŞ artıq Fransanı heykəli bağışlamağa sövq edən dəyərləri təmsil etmir.
 
“Biz onu sizə verdik, lakin yəqin ki, siz ona həqarətlə baxırsınız. Ona görə də ona burada, yaxşı olacaq”, - deyə Qlüksman əlavə edib.

Qlüksman prezident Donald Trampı ABŞ-nin Ukrayna müharibəsi ilə bağlı siyasətini kökündən dəyişdirdiyinə, Amerika tədqiqat institutlarının maliyyələşdirilməsini dayandırdığına görə tənqid edib. Fransa hökuməti tədqiqatçılardan bəzilərini Fransada işləmək üçün işə götürmək təşəbbüsü ilə çıxış etməyə məcbur olub.

“Biz tiranların tərəfini seçən, elmi azadlıq tələb etdikləri üçün tədqiqatçıları işdən çıxaran amerikalılara deyəcəyik: “Azadlıq heykəli”ni bizə qaytarın!”, - deyə Qlüksman vurğulayıb.

Qeyd edək ki, “Azadlıq heykəli”nın açılışı 1886-cı il oktyabrın 28-də Nyu-York Limanında baş verib. Bu fransız xalqı tərəfindən amerikalılara ABŞ-nin Müstəqillik Bəyannaməsinin yüzilliyi münasibətilə hədiyyə edilib. Abidə fransız heykəltaraşı  Ogüst Bartoldi tərəfindən hazırlanıb.

Xatirə SADİQ