Bakıda məşhur restoranın sahibi saxlanıldı - SƏBƏB
"Grill House" restoranının iki aydır 20 nəfər işçinin maaşını verməməsi ilə bağlı şikayət olunub.
SAVASHMEDİA.az xəbər verir ki, icarədar məkanın bağlanmasını bəhanə edərək işçilərin maaşının ödənilməsini gecikdirib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı polis leytenantı Cəsarət Qənbərli açıqlamasında bildirib ki, qeyd edilən məsələ ilə bağlı işçilərin müraciətləri əsasında Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılıb:
"Həmin şəxs 38 yaşlı O.Qarayev polis əməkdaşları tərəfindən saxlanılıb. İşçiləri narahat edən halların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür".