Lukaşenko Trampı və ailəsini Minskə dəvət etdi

Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ prezidenti Donald Tramp və ailəsini Minskə dəvət edib.

Aug 15, 2025 - 19:09
Lukaşenko Trampı və ailəsini Minskə dəvət etdi

SAVASHMEDİA.az xəbər verir ki, bu, liderlər arasında telefon danışığı zamanı baş verib.

Bildirilib ki, iki ölkə liderləri ikitərəfli gündəlikdəki məsələləri, regional mövzuları və qaynar nöqtələrdəki vəziyyəti, o cümlədən Ukraynanı müzakirə ediblər.

"Əlaqələrin davam etdirilməsi ilə bağlı razılıq əldə olunub. Belarus prezidenti Donald Trampı və ailəsini Minskə dəvət edib və bu dəvət qəbul edilib", - məlumatda qeyd olunub.