"İdrak" valideynləri belə aldadıb - "Vatsap" qrupuna göndərilən mesajın FOTOSU

Xəbər verdiyimiz kimi, fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin şagirdi müəllimi güllələyib. 

Feb 6, 2026 - 16:20
"İdrak" valideynləri belə aldadıb - "Vatsap" qrupuna göndərilən mesajın FOTOSU

SAVASHMEDİA.az xəbər verir ki, şagird atasına məxsus ov silahı ilə təhsil müəssisəsinə gələrək orada riyaziyyat müəllimi işləyən 1997-ci il təvəllüdlü Şəhla Kamilovaya atəş açıb. Güllə yarası alan müəllim xəstəxanaya yerləşdirilib.

Baş vermiş insidentlər bağlı üç dövlət qurumu  rəsmi məlumat yayıb. Daxili İşlər Nazirliyi, Baş Prokurorluq faktı təsdiqləyib, şagirdin saxlanıldığını, cinayət işinin başlandığını açıqlayıblar.

Buna baxmayaraq, “İdrak” liseyinin rəhbərliyi baş vermiş hadisəni danmağa çalışmış, xəbərin yayıldığı ilk saatlarda övladları orada təhsil alan validenyləri aldatmağa çalışmışdır.

SAVASHMEDİA.az "İdrak" liseyi rəhbərliyinin valideynlərin "vatsap" qrupuna göndərdiyi mesajı əldə edib. 

Oğuz

Həmin mesajın fotosunu təqdim edirik: