“İki il əvvəl də şagirdlər bir-birinə xəsarət yetirib, idarəçilərin intriqası...” – Liseydə nə baş verir?

Bu gün Bakıda fəaliyyət göstərən “İdrak” liseyində şagird müəllimi güllələyib.

Feb 6, 2026 - 15:56
Feb 6, 2026 - 15:58
“İki il əvvəl də şagirdlər bir-birinə xəsarət yetirib, idarəçilərin intriqası...” – Liseydə nə baş verir?

SAVASHMEDİA.az xəbər verir ki, yenisabah gündəm olan liseylə bağlı məlumatlar əldə edib.

Məlumata görə, bu tədris mərkəzində əvvəllər də oxşar kriminal hadisələr baş verib. Məsələn, təxminən 2 il əvvəl “İdrak”da şagirdlər bir-birini bıçaqlayıb. Hadisə 8-ci siniflər arasında, paltardəyişmə otağında baş verib. Lakin lisey rəhbərliyi məsələni gizlədib, ictimailəşməsinə imkan verməyib.

Bundan başqa, “İdrak”ın rəhbərliyi barədə də maraqlı məlumatlar var. Belə ki, liseyin təsisçisi Mönsüm Ədil oğlu Alışovdur. Lakin hüquqi olaraq “İdrak”ın direktoru Mönsüm Alışovun gəlini Natavan Alışovadır. Eyni zamanda məktəbdə əsas söz sahibi Mönsüm Alışovun nazirliklərdən birində yüksək vəzifə tutan oğlu İdris Alışovdur. İdris Alışovun qardaşının dini fəaliyyəti ilə bağlı da maraqlı xəbərlər mövcuddur.

Fotoda: Natavan Alışova, Mönsüm Alışov və İdris Alışov

Məlumata görə, lisey ilk olaraq Sumqayıtda fəaliyyətə başlayıb, sonradan Bakıda da eyni məktəb yaradılıb. Məktəbin idarəçiliyi ilə bağlı zaman-zaman ata-oğul, qayınata-gəlin arasında problemlər yaranıb. İdrislə Natəvan cütlüyünün qızları isə İngiltərədə təhsil alır.

Xatırladaq ki, fevralın 6-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində X sinif şagirdi Ə.Ş riyaziyyat müəllimi Şəhla Kamilovanı ov silahı ilə yaralayıb. Hadisəni törətməkdə şübhəli bilinən şagird tutulub. Müəllim xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.