İspaniyaya zorla girən 800 ərəb ŞOK YAŞATDI - Oğurluq, yanğın, xaos... + VİDEO
İspaniyanın Şimali Afrikadakı Seuta anklavında ərəblərin qanunsuz miqrasiya cəhdləri baş tutub.
SAVASHMEDİA.az xarici mətbuata istinadən xəbər verir ki, Mərakeşin Kastilyexos sahillərindən yola çıxan 800-dən çox qeyri-qanuni miqrant üzərək Seutaya keçməyə cəhd edib.
Miqrantların Mərakeş və Əlcəzair vətəndaşları olduğu bildirilib.
Hadisə ilə bağlı İspaniya və Mərakeşə məxsus patrul katerləri əməliyyata cəlb olunub. İspaniyanın dənizdə xilasetmə xidməti 300-dən çox miqrantı sudan çıxarıb, daha 117 nəfər isə İspaniya Qırmızı Xaç Cəmiyyətinin dəstəyi ilə xilas edilib. Hadisə zamanı iki nəfərin meyiti aşkarlanıb. Təxminən 200 nəfər isə təhlükəsizlik qüvvələrinin müşayiəti ilə sahilə çıxarılıb.
Ərəb miqrantlar Seutaya daxil olan kimi şəhəri yağmalamağa başlayıblar. Onlar qapı və pəncərələrini qıraraq zorla evlərə daxil olublar. Yerli sakinlərə ağır xəsarətlər yetiriblər. Evlərdən paltar və yemək oğurlayıblar. Mağazaları və ticarət mərkəzlərini qarət edərək obyektlərə böyük zərər veriblər.
Bir qrup miqrant isə İspaniyanın Mərakeşlə sərhəddəki Melilya şəhərində avtobusları yandıraraq polislərə daş atıblar.
Bu hadisələrdən sonra İspaniyadakı sağçı qruplar yerli əhalini qarətlər və soyğun törədən miqrantlarla mübarizə üçün küçələrə çıxmağa səsləyib.
Seutanın regional rəhbəri Xuan Xesus Vivas mərkəzi hökuməti bölgədə milli fövqəladə vəziyyət elan etməyə, əlavə polis və hərbçilər göndərməyə çağırıb. O bildirib ki, şəhərin imkanları bu qədər böyük miqrant axınını idarə etmək üçün kifayət etmir.
İspaniyanın Baş naziri Pedro Sançes isə hökumətin Seutadakı vəziyyətə nəzarət etdiyini, təhlükəsizliyin təmin olunması və qanunsuz miqrasiyanın qarşısının alınması üçün bütün zəruri tədbirlərin görüldüyünü açıqlayıb.
Xatırladaq ki, Seuta və Melilya İspaniyanın Şimali Afrikadakı muxtar vilayətidir.
Banu
Посмотреть эту публикацию в Instagram