Şimali Koreya hərbçisi Ukraynaya əsir düşdü – “Yonhap”
Ukrayna ordusu Rusiya tərəfində vuruşan Şimali Koreya hərbçisini ələ keçirə bilib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Cənubi Koreya Milli Kəşfiyyat Xidmətindən bildirilib ki, dost ölkənin kəşfiyyat təşkilatı ilə real vaxt rejimində məlumat mübadiləsi əsasında yaralı Şimali Koreya əsgərinin əsir götürülməsi təsdiqlənib.
“Frans Press” agentliyi də kəşfiyyatdakı mənbəyə istinadən xəbər verib ki, söhbət Şimali Koreya əsgərinin Ukrayna ordusu tərəfindən əsir götürülməsindən gedir. Lakin onun tutulduğu yerin adı açıqlanmır.
Bir gün əvvəl KİV-də və “telegram” kanallarında əsir götürülən KXDR əsgəri ilə bağlı ilk xəbər yayılıb.
“Militarnı” nəşrinin xəbərində deyilib ki, Kursk istiqamətində bir əsgər və kumulyativ mühafizə ilə təchiz edilmiş zirehli transportyor ələ keçirilib.
“Telegram”dakı postlarda Şimali Koreya əsgərinin əsir götürüldüyü iddia edilən fotoşəkillər də yer alıb. Lakin bu xəbərlər və fotoşəkillər hələ də rəsmilər tərəfindən təsdiqlənməyib.
Xatirə SADİQ