Tehranda partlayış, ölən və yaralılar var
Tehranda hərbi mərkəzdə partlayış baş verib.
İRNA agentliyi xəbər verir ki, hadisə zamanı bir əsgər ölüb.
Məlumata görə, olay yerinə cəlb olunan yanğınsöndürənlərdən 10-u xəsarət alıb, onlardan 6-sı xəstəxanaya yerləşdirilib.
Xəbərdə bildirilir ki, hadisə olan binada öncə yanğın başlayıb və sonra partlayış baş verib.