Özgür Özəl bu şirkətləri boykot siyahısına daxil etdi - Onlardan heç nə alınmayacaq + SİYAHI

Türkiyə etirazlarının altıncı günündə 1,5 milyon nümayişçi növbəti dəfə İstanbulun Saraçhane meydanında bir araya gəlib.

Mar 25, 2025 - 00:22
Mar 25, 2025 - 00:41
Özgür Özəl bu şirkətləri boykot siyahısına daxil etdi - Onlardan heç nə alınmayacaq + SİYAHI

SAVASHMEDİA.az xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Əkrəm İmamoğlunun saxlanıldığl Silivri həbsxanasından aksiyanı televizor vasitəsilə canlı izlədiyini açıqlayıb.

Milyonlar mobil telefonlarının işıqlarını yandıraraq İmamoğlunu "İgidim, aslanım orada yatıyor" mahnısı ilə salamlayıb.

O, Əkrəm İmamoğlunun məhkəmə prosesinin TRT kanalı vasitəsilə canlı yayımlanmasını təklif edib. 

Bugünkü aksiyada diqqətçəkən digər məqam isə bəzi şirkətlərin boykot siyahısına daxil edilməsi olub.

Özəl Saraçhane meydanında baş verənləri görməyən, göstərməyən media qurumlarını, eləcə də hakimiyətlə işbirliyində olan digər şirkətləri boykot etməyə çağırıb.

O, xüsusilə, EspressoLab qəhvəxanalar şəbəkəsindən imtinanı vacib saydığını bildirib: "Mən türk qəhvəsini sevirəm... bütün qəhvə növlərini sevirəm, bəyəndiyinizi içməyi məsləhət görürəm, amma EspressoLab-dan uza duracağıq. Bundan sonra biz EspressoLab-a baş çəkməyəcəyik və onların qəhvəsini içməyəcəyik!"
Özəl boykot siyahısına daxil edilən digər şirkətlərin adlarını isə aksiyanın sonunda açıqlayıb.

Həmin siyahını təqdim edirik:

• Espresslolab
• D&R
• Ülker
• Demirören AVM
• Kilim Mobilya
• Türk Petrol
• Milangaz
• Milli Piyango
• Misli
• İddaa
• Milangaz
• İdefix
• Etstur
• İhlas Ev Aletleri

Oğuz