"Ərdoğanın mərhum anasını təhqir edirdilər" - Aksiyadan sonra 43 nəfər saxlanıldı
İstanbulun Saraçhane meydanındakı aksiya başa çatdıqdan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun ailəsini təhqir edən şəxslər saxlanılıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkə hesabında yazıb.
"Saraçhanedə keçirilən aksiyadan sonra cənab Prezidentimizə, onun mərhum anasına və ailəsinə edilən alçaqca həqarətləri lənətləyirəm. Bu, milli və mənəvi dəyərlərimizlə üst-üstə düşməyən aşağı səviyyəli hərəkətdir. Bu cür səviyyəsizliklərə əsla göz yummayacağıq".
nazirin sözlərinə görə, polis dərhal hərəkətə keçib və 43 aksiya iştirakçısı saxlanılıb. Digər şübhəlilərin də yaxalanması üçün axtarışlar davam etdirilir.
(teleqraf)