Belarusun müxalifət lideri Türkiyədə yoxa çıxıb
Türkiyədə yaşayan belaruslu müxalifətçi Anatoli Kotovla beşinci gündür ki, heç bir əlaqə yoxdur.
SAVASHMEDİA.az Belarusun müxalifyönlü mediasına istinadla xəbər verir ki,Kotov yaxınları ilə sonuncu dəfə avqustun 22-də axşam əlaqə saxlayıb və bundan sonra yoxa çıxıb.
Kotov əvvəllər Xarici İşlər Nazirliyində, Belarusun Polşadakı səfirliyində, Lukaşenkonun administrasiyasında, MOK-da və 2019-cu il Avropa Oyunları Direktorluğunda çalışıb.
2020-ci ilin avqustunda etiraz olaraq hökumət vəzifəsindən istefa verərək mühacirət edib.
2024-cü ildə o, “ekstremist qruplaşmaya sui-qəsd və liderlik” ittihamı ilə qiyabi olaraq 12 il müddətinə azadlıqdan məhrum edilib.
Aytən İbrahimova
Fotoda Anatoli Kotov