Elçibəyin Moskva səfərindən nadir VİDEO YAYILDI - Yeltsinlə qədəh toqquşdurur

Sosial şəbəkələrdə Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəy ilə Rusiyanın sabiq prezidenti Boris Yeltsin arasında Moskvada keçirilmiş görüşə aid arxiv görüntüləri yayılıb.

May 19, 2026 - 17:11
May 19, 2026 - 17:15
Elçibəyin Moskva səfərindən nadir VİDEO YAYILDI - Yeltsinlə qədəh toqquşdurur

SAVASHMEDİA.az xəbər verir ki, kadrlarda Elçibəyin 1992-ci ilin oktyabrında Moskvaya səfəri zamanı Kremldə qarşılanması, prezidentlərin danışıqları, sənədlərin imzalanması və rəsmi ziyafət əks olunur.

Ziyafətdən çəkilmiş görüntülərdə Əbülfəz Elçibəylə Boris Yeltsinin qədəh qaldırdıqları görünür.

Xatırladaq ki, həmin dövr Azərbaycanın müstəqilliyinin ilk və çox çətin mərhələlərindən biri hesab olunurdu. Qarabağ müharibəsinin davam etdiyi bir vaxtda baş tutan görüşdə iki ölkə arasında dostluq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə imzalanmışdı.

Oğuz

Həmin görüntüləri təqdim edirik:

Посмотреть эту публикацию в Instagram

Публикация от Zulfuqar Savaş (@savashmedia.az)