5 gün leysan yağacaq - XƏBƏRDARLIQ

Azərbaycanın bir çox bölgəsində hava şəraiti kəskin dəyişəcək, bəzi dağlıq və dağətəyi ərazilərdə sel təhlükəsi yaranacaq. 

May 19, 2026 - 17:38
5 gün leysan yağacaq - XƏBƏRDARLIQ

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Rəsmi qurumun açıqlamasına görə, qeyri-sabit hava dalğası mayın 21-i səhər saatlarında şimal və qərb bölgələrindən başlayaraq ölkə ərazisinə daxil olacaq. Yağıntılı və küləkli hava şəraitinin mayın 25-i axşamadək davam edəcəyi bildirilir.

Proqnozlara əsasən, fərqli bölgələrdə şimşək çaxacaq, güclü leysan xarakterli yağış yağacaq və dolu düşəcək. Yüksək dağlıq massivlərdə isə yağıntının qara keçəcəyi gözlənilir. Sinoptiklər xüsusilə mayın 21-i və 22-də yağıntıların qısamüddətli, lakin daha intensiv xarakter alacağını diqqətə çatdırıblar. Güclü leysan səbəbindən bəzi dağ çaylarında qısamüddətli sel hadisələrinin baş vermə ehtimalı olduqca yüksəkdir.