Sürücülərin nəzərinə - Bu yol yağışa görə bağlandı

Bakı-Quba yolunun bir hissəsi aramsız yağış səbəbindən bağlanıb.

Apr 16, 2025 - 22:08
Sürücülərin nəzərinə - Bu yol yağışa görə bağlandı

SAVASHMEDİA.az “Report”a istinadən xəbər verir ki, aramsız yağan yağışlar nəticəsində yolun 71-ci kilometrliyindən 75-ci kilometrliyinədək hərəkət iflic olub.

Quba istiqamətindən Bakıya doğru hərəkət edən sürücülər yolda bir sıra çətinliklər yaşayıb.

Problem səhər saatlarından davam edir.