Dərslər sentyabrın 20-dən başlayacaq? - Nazirlikdən SON DƏQİQƏ açıqlaması

"Formula -1" yarışları ilə əlaqədar məktəblərin daha gec - sentyabrın 21-dən sonra başlayacağı ilə bağlı fikirlər dolaşır.

Aug 30, 2025 - 16:27
Dərslər sentyabrın 20-dən başlayacaq? - Nazirlikdən SON DƏQİQƏ açıqlaması

Bəs bu iddialar nə qədər həqiqəti əks etdirir? Yeni tədris ili nə zamandan başlayacaq?

SAVASHMEDİA.az xəbər verir ki, Elm və Təhsil Nazirliyindən bildirilib ki, 2025-2026-cı tədris ilinin başlamasına təsadüf edən "Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar tədris prosesinin başlama tarixinin dəyişdirilməsinə dair yayılmış məlumat həqiqəti əks etdirmir:

"Aidiyyəti məsələlərlə bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur. Əlavə olaraq bildiririk ki, yarışların keçiriləcəyi ərazilərdə yerləşən təhsil müəssisələri ilə bağlı "Formula 1" Azərbaycan Qran-prisi dövründə müəyyən məhdudiyyətlərin tətbiqinə dair qərar veriləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək".