Sabah Bakının bu küçələri bağlı olacaq
Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsinin 28 May küçəsindən Şəmsi Bədəlbəyli küçəsinədək olan hissəsində təmir işləri ilə əlaqədar sabah saat 06:00-dan saat 23:00-dək nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Agentlik sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmağı, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etməyi xahiş edib.