Qanalı cadugər İngiltərə millisinə meydan oxudu - "Ovsunlamışam, görəcəksiniz..."

Qanalı məşhur cadugər Nana Kvaku Bonsam ölkəsinin İngiltərə millisi ilə keçiriləcək qarşılaşmasından öncə rəqib komandanın lideri Harri Keyni ovsunladığını açıqlayıb.

Jun 22, 2026 - 21:20
Jun 22, 2026 - 21:21
Qanalı cadugər İngiltərə millisinə meydan oxudu - "Ovsunlamışam, görəcəksiniz..."

SAVASHMEDİA.az xəbər verir ki, Bonsam İngiltərə millisinin hücumçusunun Qanaya qarşı effektiv çıxış etməsinin qarşısını almaq üçün xüsusi ayinlər həyata keçirdiyini bildirib.

“Harri Keyn üzərində işləyirəm. Daha əvvəl nəyə qadir olduğumu göstərmişəm. Onun ciddi zədə almasını istəmirəm, amma Qanaya qarşı oyunda təsirli olmasının qarşısını alacağam”, - o bildirib.

Qeyd edək ki, Nana Kvaku Bonsam ölkəsinin Panama ilə oyununda kameralara cadu ritualı edərkən görüntülənmişdi. Onun bu hərəkəti həmin vaxt dünya çempionatının əsas gündəm mövzularından birinə çevrilmişdi.

Xatırladaq ki, Bonsamın "futbol cadugərliyi” ilə bağlı gündəmə gəlməsi ilk dəfə deyil. O, 2014-cü il Dünya Çempionatı zamanı Kriştiano Ronaldonun zədələnməsini öz ayini ilə əlaqələndirdiyini iddia etmişdi.

Səlcuq