"Qarabağ" rəhbərliyi Ali Koça nə hədiyyə etdi? - FOTO

"Qarabağ"ın baş direktoru Emrah Çelikel və İdarə Heyətinin üzvü Asif Əsgərov Bakıda səfərdə olan Türkiyənin "Fənərbağça" klubunun prezidenti Ali Koçla görüşüblər.

Jun 18, 2025 - 19:45
"Qarabağ" rəhbərliyi Ali Koça nə hədiyyə etdi? - FOTO

SAVASHMEDİA.az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, görüş zamanı tərəflər arasında qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcəkdə klublar arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub.

Rəsmilər qarşıdan gələn futbol mövsümündə biri-birilərinə uğurlar arzulayıblar.

Görüşün sonunda Ali Koça "Qarabağ"ın forması və xatirə hədiyyəsi təqdim olunub, xatirə fotosu çəkilib.