ABŞ-dən Rusiyanın Ukraynadakı vəhşiliyinə reaksiya

“Rusiya 1977-ci il Cenevrə Sülh Protokollarını açıq-aşkar pozur”.

May 25, 2025 - 23:53
ABŞ-dən Rusiyanın Ukraynadakı vəhşiliyinə reaksiya

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq məlumat verib.

Onun sözlərinə görə, tərəflər arasında dərhal atəşkəs elan olunmalıdır: “Ölənlər arasında qadın və uşaqlar da var. Rusiyanın belə yola əl atması biabırçılıqdır. Atəşi dərhal dayandırmaq lazımdır. Qətliama son qoyulmalıdır”.

Qeyd edək ki, mayın 25-nə keçən gecə Ukraynaya hücum zamanı ölənlərin sayı 12-yə, yaralıların sayı isə 60-a çatıb. Rusiya ordusu paytaxt Kiyev də daxil olmaqla bir sıra şəhərlərə 367 PUA və raket atıb. Yerli hakimiyyət orqanları ölənlər arasında Jitomir vilayətindən 3 uşağın olduğunu da açıqlayıb.