"Elif" mən olacaqdım, amma... - "Çakır" rolu sevgilisinə verib? 

“Kurtlar vadisi”ndə “Elif Eylül” rolunu mən oynayacaqdım”.

May 26, 2025 - 00:03
"Elif" mən olacaqdım, amma... - "Çakır" rolu sevgilisinə verib? 

SAVASHMEDİA.az xəbər verir ki, bunu Türkiyənin məşhur aktrisası Tuba Ünsal deyib.

Ünsal bildirib ki, bunun üçün rejissorla danışığa da gedib:

“Kurtlar vadisinin Elifi mən olmalı idim. Danışıqlar da aparılmışdı. Lakin çəkilişlərin başlamasına az bir müddət qalmış rolu Özgü Namala verdilər. Buna görə çox pis olmuşdum, özümə dərd etmişdim”.

Fotoda Tuba Ünsal

Qeyd edək ki, “Elif” rolu öncə aparıcı Oylum Taluya təklif edilib. Lakin Talu jurnalist olacağını bildirərək roldan imtina edib. Daha sonra Tuba Ünsala təklif edilib, danışıqlar aparılıb. Nəticədə Özgü Namala qismət olub. İddialara görə, Özgü Namalın seçilməsində Oktar Kaynarcanın (Çakır) sevgilisi olması da mühüm rol oynayıb. 

Banu