ABŞ prezidenti Rusiyaya “dağ çəkdi”

Moldovadakı seçki prosesinə Rusiyanın xələl gətirmək cəhdləri iflasa uğradı.

Nov 4, 2024 - 15:11
ABŞ prezidenti Rusiyaya “dağ çəkdi”

SAVASHMEDİA.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, bu fikri ABŞ prezidenti Co Bayden moldovalı həmkarı Maya Sandunu prezident seçkilərinin ikinci turunda qələbəsi münasibətilə təbrik bəyanatında vurğulayıb. 

Maya Sandunu tarixi qələbə münasibətilə təbrik edən Ağ Ev rəhbəri bildirib ki, Rusiya bir neçə ay ərzində Moldovada demokratik təsisatları və seçki proseslərini pozmağa cəhdlər etdi. 

“Lakin Rusiya buna nail ola bilmədi. Moldova xalqı öz gələcəyini seçmək kimi demokratik hüququndan istifadə edib, Avropaya və bütün dünyada demokratiyaya yönəlmiş bir yol reallaşdırdı”, - deyə Bayden əlavə edib. 

Xatirə SADİQ