Qələbədən ruhlanan Maya Sandu gürcülərə müraciət etdi – “Sonadək dayanın!”
Moldovada ötən gün keçirilmiş prezident seçkilərinin ikinci turunda çətinliklə qələbə qazanmış Maya Sandu gürcü xalqına müraciət edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə xanım Sandu “X” sosial platformasındakə səhifəsində yazıb.
“Mən gürcü xalqına müraciət edirəm: azad, Avropa gələcəyini qurmaqda əzmkarlığınıza heyranam. Sonadək dayanın – Moldova sizinlədir!”, - deyə Moldovanın yeni seçilmiş prezidenti tövsiyə edib.
Onun sözlərinə görə, dünən moldovalılar Avropaya gedən yolda həlledici addım atıblar.
“Moldova vətəndaşları dünən bizim Avropaya gedən yolumuzda həlledici addım atdılar, lakin ölkəmizdə və regionumuzda demokratiya uğrunda mübarizə davam edir”, - deyə xanım Sandu vurğulayıb.
Xatirə SADİQ