“Yalvarıram, Rusiya və Belarusa getməyin”

Polşanın xarici işlər naziri Radoslav Sikorski ölkə vətəndaşlarından Rusiya və Belarusa səfər etməməyi xahiş edib.

Sep 11, 2025 - 19:24
“Yalvarıram, Rusiya və Belarusa getməyin”

SAVASHMEDİA.az xəbər verir ki, o, bu məsələ ilə bağlı RFM24 radiosunda çıxışı zamanı danışıb.

“Belarus və Rusiya kimi ölkələr var ki, sadəcə olaraq girov götürürlər – bizim isə hər zaman mübadilə üçün təklif edə biləcəyimiz “girov” olmur... Bir daha xahiş edirəm, yalvarıram: ora getməyin. Kimsə gedirsə, riski öz üzərinə götürür”, - Sikorski bildirib.

O, hər hansı problem olarsa, Polşanı günahlandırmamağa çağırıb. 

Qeyd edək ki, sentyabrın 4-də Belarus Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları Polşa vətəndaşı Qrzeqorz Haveli casusluqda şübhəli bilərək saxlayıblar.