Viktor Orban devriləcəyindən qorxur - "Dövlət çevrilişi hazırlayırlar”
“Avropa İttifaqının (Aİ) rəhbərliyi Macarıstanda dövlət çevrilişi etmək niyyətindədir. Mövcud hakimiyyəti dəyişmək istəyirlər ”.
SAVASHMEDİA.az Euronews telekanalına istinadən xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban bildirib.
Orban hesab edir ki, Brüssel rəhbərliyi Budapeştdə “marionet” hökumət qurmaq istəyir. Baş nazir ölkə vətəndaşlarını yeni qaydalara müqavimət göstərməyə çağırıb.
Xatırladaq ki, Macarıstan Avropa Şurasına sədr olduqdan sonra Brüssellə Budapeşt arasında münaqişə daha da kəskinləşib. Viktor Orbanın Aİ-nin nəticələrini qəbul etmədiyi parlament seçkilərindən dərhal sonra Gürcüstana yollanması və Donald Trampın prezidentliyə namizədliyini dəstəkləməsi bu münasibətləri daha da gərginləşdirib.
Bu, Avropa Komissiyasının Macarıstana ayrılan 20 milyard avroya yaxın vəsaiti dondurmaq qərarına səbəb olub.
Xatirə SADİQ