“Arvadımı ona aldığım maşında Bred Pittlə tutdum” - Mayk Tayson

Ağırçəkili dünya çempionu, məşhur boksçu Mayk Tayson iştirak etdiyi televiziya proqramında şəxsi həyatı ilə bağlı etiraf edib.

Jun 7, 2026 - 14:33
Jun 7, 2026 - 15:38
“Arvadımı ona aldığım maşında Bred Pittlə tutdum” - Mayk Tayson

SAVASHMEDİA.az xəbər verir ki, Tayson bir vaxtlar evliliyi ciddi böhran mərhələsində ikən gözlənilməz hadisə ilə qarşılaşdığını deyib. 

“Boşanmaq üzrə idik. Həmin gün evə gələndə arvadımı tapmadım. Sonra həyat yoldaşımı ona aldığım lüks maşında gördüm. Yanında bir kişi də var idi. O, Bred Pitt idi. O vaxt Bred Pitt indiki qədər məşhur deyildi, onun heç öz maşını belə yox idi”, - Tayson proqramda bildirib.

Boksçunun bu açıqlaması onun keçmiş həyat yoldaşı Robin Qivenslə yaşadığı gərgin münasibətləri yenidən gündəmə gətirib. Qivens həmin dövrdə "Hollivud"un yeni parlayan ulduzlarından olan Bred Pitt ilə tanış olub və bu münasibətlər medianın diqqətindən yayınmayıb.

Qeyd edək ki, Robin Qivens və Mayk Taysonun evliliyi 1980-ci illərin sonlarında ciddi qalmaqallarla yadda qalıb və qısa müddət sonra boşanma ilə nəticələnib.

Səlcuq