Cəlilabad morqunda dirilən kişi ilə bağlı TƏFƏRRÜAT 

Cəlilabadda meyitxanaya gətirilən 34 yaşlı kişinin ölmədiyi məlum olub.

Mar 15, 2025 - 23:07
Cəlilabad morqunda dirilən kişi ilə bağlı TƏFƏRRÜAT 

SAVASHMEDİA.az-ın məlumatına görə, hadisə bu gün rayonun Tahirli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1991-ci il təvəllüdlü Xəyal Quliyevin meyiti evdə aşkarlanıb.

Daha sonra onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib. Lakin sonradan X.Quliyevin ölmədiyi, komatoz vəziyyətdə olması aşkar edilib. O dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Ona zəruri tibbi yardımlar göstərilib. Hazırda vəziyyəti stabildir, reanimasiya şöbəsində müalicəsi davam etdirilir.