Çəkisi 50 kilodan az olanlar çölə çıxmasın - güclü küləklə bağlı qadağa 

Çinin şimalında çəkisi 50 kq-dan az olan sakinlərə güclü külək səbəbindən yaxın iki gün ərzində küçəyə çıxmamaq tövsiyə olunub.

Apr 13, 2025 - 01:41
Çəkisi 50 kilodan az olanlar çölə çıxmasın - güclü küləklə bağlı qadağa 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Çinin "FTV News" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, çəkisi az olan vətəndaşlara aprelin 13-dək evdə qalmaq məsləhət görülüb.

Çinin şimalında qasırğa ilə əlaqədar yüksək həyəcan siqnalı elan edilib.

Küləyin sürəti Pekin, Tianjin və Hebey bölgəsində 150 km/saata çata bilər. Rəsmilər xəbərdarlıq edir ki, küləyin diametri 30 sm-ə qədər olan ağacları kökündən çıxara bilər. (teleqraf)