“Fənərbağça” forması geyinmiş 4 yaşlı uşağa görə İSTİNTAQ BAŞLADI – Dünən nə olmuşdu? + VİDEO

Türkiyədə futbol matçında 4 yaşlı uşağın üzərindəki “Fənərbağça” formasının zorla çıxartdırılması ciddi etirazlara səbəb olub.

Aug 16, 2026 - 12:58
“Fənərbağça” forması geyinmiş 4 yaşlı uşağa görə İSTİNTAQ BAŞLADI – Dünən nə olmuşdu? + VİDEO

SAVASHMEDIA.az xəbər verir ki, hadisə dünən Ankaradakı Eryaman stadionunda keçirilən “Gənclərbirliyi” - “Fənərbağça” matçı zamanı baş verib.

Stadiondakı “Gənclərbirliyi” azarkeşi 4 yaşlı uşağın “Fənərbağça” azarkeşi olmasına etiraz edərək onun üzərindəki formanı çıxartdırıb.

Bundan sonra Ankara Baş Prokurorluğu hadisə ilə bağlı araşdırmaya başlayıb. Prokurorluq şübhəli şəxs barəsində istintaq aparıldığını və onun saxlanılması barədə qərar verildiyini açıqlayıb.

Hadisəyə “Gənclərbirliyi” də münasibət bildirib. Klub uşağın formasının çıxarılmasını qəbuledilməz adlandırıb və bunun klubun dəyərlərinə zidd olduğunu vurğulayıb.

Klub həmçinin 4 yaşlı uşağı və ailəsini öz bazasına dəvət edib. Uşağın buraya “Fənərbağça” forması ilə gəlməsi istənilib.

Oğuz