Xameneinin dəfni təxirə salındı? - İran planı dəyişir
Məlum olduğu kimi, ABŞ prezidenti Donald Tramp İranla əldə olunan atəşkəsin artıq qüvvədə olmadığını açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, Ankarada keçirilən NATO Zirvə toplantısı çərçivəsində jurnalistlərin suallarını cavablandıran Tramp bundan sonra İranla danışıqlarda məna görmədiyini bildirib.
Trampın bu açıqlaması regionda gərginliyin yenidən arta biləcəyi ilə bağlı narahatlıqları gücləndirib. Bu isə diqqətləri həm də İranın mərhum ali dini lideri Əli Xameneinin gözlənilən dəfn mərasiminə yönəldib.
İranın açıqladığı rəsmi proqrama əsasən, iyulun 4-də Tehranda başlayan vida mərasimləri bir neçə şəhəri əhatə edir. Xameneinin tabutu artıq İraqın Nəcəf və Kərbəla şəhərlərinə aparılıb. Yekun dəfn mərasiminin isə 9 iyul tarixində Xameneinin doğulduğu Məşhəd şəhərində, İmam Rza ziyarətgahında keçirilməsi planlaşdırılır.
Müşahidəçilərin fikrincə, əgər hərbi qarşıdurma yenidən genişlənər və təhlükəsizlik riski artarsa, milyonlarla insanın iştirakı gözlənilən yekun dəfn mərasiminin keçirilməsi çətinləşə bilər. Belə vəziyyətdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, mərasimin formatının dəyişdirilməsi və ya tarixinin yenidən nəzərdən keçirilməsi ehtimalı da istisna edilmir.
Bununla belə, hazırda İran rəsmiləri tərəfindən iyulun 9-na planlaşdırılan dəfn mərasiminin təxirə salınması və ya proqramında dəyişiklik edilməsi ilə bağlı hər hansı rəsmi açıqlama verilməyib.
Oğuz