Tramp arvadının məktubunu Putinə verdi

ABŞ Prezidenti Donald Tramp Alyaskada keçirilən sammit zamanı rusiyalı həmkarı Vladimir Putinə həyat yoldaşı Melaniyanın məktubunu təqdim edib.

Aug 16, 2025 - 10:09
Tramp arvadının məktubunu Putinə verdi

Bu barədə "Reuters" agentliyi Ağ Evin iki rəsmisinə istinadən xəbər yayıb.

Məlumatda bildirilir: “Prezident Tramp məktubu Putinə Alyaskada apardıqları danışıqlar zamanı şəxsən çatdırıb”.

Agentliyin mənbələrinin məlumatına görə, məktubda Ukraynadakı münaqişə nəticəsində uşaqların oğurlanmasından bəhs edilir.

Qeyd edək ki, avqustun 15-də Putin və Tramp Alyaskada danışıqlar aparıb. Görüşün əsas mövzusu Ukrayna münaqişəsinin həlli istiqamətində olub.