Çimnaz Sultanova həkim səhvinin qurbanı olub? - "Yarasında qanaxma..."

Ötən gün vəfat edən aktrisa Çimnaz Sultanovanın oktyabr ayında vəziyyəti pisləşib və əməliyyat olunubmuş.

Jan 16, 2025 - 12:06
Çimnaz Sultanova həkim səhvinin qurbanı olub? - "Yarasında qanaxma..."

Oxu.Az-ın əldə etdiyi məlumata görə, onun ayyarıma yaxşı olacağı deyilib. Əməliyyatdan 21 gün sonra yaxşılaşıb və ayağa durub.

Lakin bir müddət əvvəl onun vəziyyəti yenidən ağırlaşıb. Aktrisanın əməliyyat yarasından qanaxması olub və o, reanimasiyaya yerləşdirilib.

Qeyd edək ki, 43 yaşlı aktrisa Çimnaz Sultanova 15 yanvar tarixində bağırsaq xərçəngindən vəfat edib.