Kılıçdaroğluya görə partiyadan İSTEFA VERDİ – CHP ən böyük qalasını İTİRDİ + FOTO
İzmir Böyükşəhər Bələdiyyəsinin sədri Cemil Tuqay Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verib.
SAVASHMEDİA.az xəbər verir ki, bunu sədr özü açıqlayıb.
Cemil Tuqay bildirib ki, bu qərarı verməsinə səbəb son dövrlərdə partiyada baş verən hadisələrdir:
“Cümhuriyyət Xalq Partiyasının məruz qaldığı “mütləq etibarsızlıq” qərarı və bundan sonrakı prosesdə baş verənlər hər kəsə məlumdur. Mən bu prosesin Qazi Mustafa Kamal Atatürk tərəfindən yaradılmış və Türkiyə Cümhuriyyətini qurmuş partiyamıza böyük zərər vurduğunu görür və anlayıram. Xüsusilə son günlər ard-arda qəbul edilən (Kamal Kılıçdaroğlu tərəfindən) xaricetmə qərarları ciddi narahatlıq doğurur. Dünən bir qrup vilayət sədri ilə birlikdə İzmir Vilayət Təşkilatının sədrinin vəzifədən uzaqlaşdırılması İzmirin siyasi iradəsinə qarşı edilmiş böyük haqsızlıq və qəbuledilməz səhvdir”.
Bələdiyyə sədri bundan sonra müstəqil olaraq fəaliyyət göstərəcəyini qeyd edib:
“Bu qənaət və düşüncələrlə, dərin təəssüf hissi keçirərək və bir gün geri qayıda biləcəyim ümidi ilə Cümhuriyyət Xalq Partiyasındakı üzvlüyümdən istefa verirəm. Bundan sonrakı mərhələdə İzmir Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsini müstəqil olaraq davam etdirəcək, şəhərimizə və sakinlərimizə bütün gücümlə xidmət göstərəcəyəm”.
Qeyd edək ki, Cemil Tuqayın CHP-dən istefa verməsi məhkəmə qərarı ilə partiya sədrliyinə geri qayıdan Kamal Kılıçdaroğluya böyük itki kimi qiymətləndirilir. Çünki İzmir CHP-nin qalalarından biri hesab olunurdu.
Banu
Fotoda: Cemil Tuqay