“Turan Tovuz” ETİRAZ BƏYANATI yaydı - "Bu gülünc penalti..." + VİDEO
“Turan Tovuz” klubu Azərbaycan Premyer Liqasının son turunda “Araz-Naxçıvan”la oyunda qapısına təyin olunan penalti qərarına etiraz edib.
SAVASHMEDİA.az xəbər verir ki, klubun rəsmi səhifəsində bununla bağlı bəyanat yayımlanıb.
Bəyanatda “Turan Tovuz”un son vaxtlar həm meydanda, həm də meydandan kənarda sistemli təzyiqlərlə üzləşdiyi bildirilib.
Klubun bəyanatını olduğu kimi təqdim edirik:
HÖRMƏTLİ “TURAN” AİLƏSİ!
Son vaxtlar həm meydanda, həm də yaşıl meydandan kənarda sistemli təzyiqlərlə üzləşirik. Təmiz qolumuz sayılmır, 5 dəqiqə VAR-da incələnməsinə baxmayaraq qapımıza gülünc penalti təyin olunur. Klub olaraq hər iki cəbhədə mübarizəmizi davam etdiririk.
Klubumuza qarşı edilən haqsızlıqları həm siz - dəyərli azarkeşlərimiz, həm də futbol ictimaiyyəti aydın şəkildə görür.
Belə məqamlarda ən böyük gücümüz sizin dəstəyiniz və komandamızın ətrafında birliyimizdir. Sizdən xahiş edirik ki, hər zaman olduğu kimi, bu mübarizədə də komandamızın və klubumuzun yanında olasınız.
“Turan” ailəsi olaraq mübarizəmizi birlikdə davam etdirəcəyik!"
Aytən