Türkiyəyə üçüncülüyü qazandıran Nihat ağladı - "Xarizmamız cızıldı" + VİDEO
Türkiyənin futbol üzrə milli komandasının sabiq hücumçusu Nihat Kahveci ölkəsinin Paraqvay məğlubiyyətini şərh edərkən kövrəlib.
SAVASHMEDİA.az xəbər verir ki, N.Kahveci bitməsinə hələ bir ay qalmış Dünya Çempionatı ilə vidalaşmağın ağırlığını dilə gətirib. Futbolçu bu çıxışın Türkiyənin xarizmasını cızdığını qeyd edib.
Forvard nəzərə çatdırıb ki, Paraqvayla matça qədər bir qələbə və bir bərabərliklə qrupdan çıxacaqlarına, möcüzənin baş verəcəyinə inanıb.
Sabiq futbolçu məğlubiyyətin millidə çıxış edən futbolçuların karyerasına da mənfi təsir edəcəyini bildirib.
Xatırladaq ki, Nihat Kahveci Türkiyəyə 2002-ci il Dünya Çempionatında üçüncülüyü qazandıran əfsanəvi heyətin üzvü olub.
O, "Beşiktaş", "Real Sosyedad", "Villareal" klublarında çıxış edib.
Banu
Посмотреть эту публикацию в Instagram