SSRİ bayrağı qaldıran Saleh Səmədova 9 il həbs istənildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
SAVASHMEDİA.az xəbər verir ki, məhkəmə tərkibi məhkəmə istintaqının tamamlandığını elan edib.
Daha sonra çıxış edən dövlət ittihamçısı təqsirləndirilən Saleh Səmədovun 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilməklə, 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Müdafiə vəkili çıxış üçün vaxt istəyib.
Növbəti proses oktyabrın 7-nə təyin olunub.
Xatırladaq ki, Saleh Səmədov 9 May 2025-ci il Qələbə Günü tədbirində İmişli rayonunun Sarıxanlı kəndində SSRİ bayrağı qaldırdığı və sinəsində "Georgi lenti" taxdığı üçün gündəmə gələn İmişli Rayon Ağsaqqallar Şurasının sabiq sədridir.
O, Cinayət Məcəlləsinin 179.3.2 və 308.1-ci maddələri ilə ittiham olunur. O, ötən il mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.
Aytən