İTV şərhçisinin bu sözləri Türkiyədə gündəm oldu - Həmin VİDEO

Dünən keçirilən Türkiyə-Kosovo matçı “ay ulduzlular”ın 1-0 hesablı qələbəsi ilə nəticələnib.

Apr 1, 2026 - 13:41
İTV şərhçisinin bu sözləri Türkiyədə gündəm oldu - Həmin VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, bu qələbə ilə Türkiyə millisi 24 ildən sonra Futbol üzrə Dünya Çempionatına getməyə vəsiqə qazanıb.

Matçı Azərbaycanda İctimai Televiziya yayımlayıb. Matçın şərhçisinin qələbə sevinci Türkiyədə gündəm olub. Həmin anların videosu sosial şəbəkələrin Türkiyə seqmentində paylaşılıb. 

Sosial şəbəkə istifadəçiləri bu sevincin Azərbaycan-Türkiyə qardaşlığının bir sübutu olduğunu, iki ölkə arasındakı bağlılığın və sevginin heç vaxt tükənməyəcəyini qeyd ediblər. 

Türkiyə mətbuatı da şərhçinin sevincinə geniş yer verib:

“Türkiyə Milli Futbol Komandasının Kosovo üzərində 1-0 hesablı qələbə qazanaraq 24 ildən sonra Dünya Kubokuna vəsiqə qazanması təkcə Türkiyədə deyil, qardaş ölkədə də böyük sevincə səbəb olub. Bir millət iki dövlət!” 

Xatırladaq ki, Türkiyə-Kosovo matçı Bakı vaxtı ilə saat 22:45-də başlayıb. Türkiyə millisi Kerem Aktürkoğlunun 53-cü dəqiqədə vurduğu qolla Kosovonu məğlub edib və tarixində üçüncü dəfə Dünya Çempionatına getməyə haqq qazanıb.

Banu