ABŞ kəşfiyyatının rəhbərindən Putinə XƏBƏRDARLIQ – “Rusiya SSRİ kimi çökə bilər”

Rusiya iqtisadiyyatının müharibə yükü altında SSRİ-nin son illərindəki kimi böhranla üzləşə biləcəyi iddia olunub.

Sep 30, 2026 - 16:10
ABŞ kəşfiyyatının rəhbərindən Putinə XƏBƏRDARLIQ – “Rusiya SSRİ kimi çökə bilər”

SAVASHMEDİA.az xəbər verir ki, Almaniyanın “Frankfurter Allgemeine Zeitung” (FAZ) qəzeti ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Ratkliffin avqustda Moskvaya səfəri ilə bağlı yeni məlumat yayıb.

Məlumatda bildirilir ki, ABŞ tərəfi Rusiya rəhbərliyinə, o cümlədən prezident Vladimir Putinə müharibənin ölkə iqtisadiyyatına yaratdığı təzyiqlər barədə xəbərdarlıq edib.

Alman nəşrinə danışan diplomatın sözlərinə görə, MKİ Rusiya iqtisadiyyatının Soyuq müharibənin sonunda SSRİ-də olduğu kimi çökə biləcəyini proqnozlaşdırıb.

Ratkliff səfər zamanı Vladimir Putinlə görüşməsə də, Kremlin məlumatına görə, səfərin nəticələri Rusiya prezidentinə məruzə edilib.

Oğuz