Ərdoğan Meloniyə "siqareti tərgit" dedi - Aldığı cavab

Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Qəzzə mövzusunda Barış Zirvəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İtaliyanın Baş naziri Corcia Meloni arasında yaşanan dialoq diqqət çəkib.

Oct 13, 2025 - 20:44
Ərdoğan Meloniyə "siqareti tərgit" dedi - Aldığı cavab

SAVASHMEDİA.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, zirvə öncəsi Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Keir Starmer, İtaliyanın Baş naziri Corcia Meloni və Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Tani ilə birlikdə ayaqüstü söhbət edən Ərdoğan Meloniyə müraciət edərək, "Yaxşı görünürsünüz, amma siqaret çəkməyinizi tərgitdirməliyəm" - deyib.

Ərdoğanın sözlərinə gülərək cavab verən Meloni "Xeyr" deyə zarafatla reaksiya verib. Onun bu cavabı Ərdoğan və Fransa prezidenti Makronun gülüşünə səbəb olub.

Sammit öncəsi baş tutan bu səmimi dialoq sosial şəbəkələrdə də geniş müzakirə olunub.