"Gündüz deyib, gülürdük, gecə zəng etdi ki..." - Yaşar Nurinin xanımı + VİDEO

Mərhum Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva qızının ölümü ilə bağlı açıqlama verib.

Nov 15, 2025 - 15:18
"Gündüz deyib, gülürdük, gecə zəng etdi ki..." - Yaşar Nurinin xanımı + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, o, qızı ilə son söhbətindən danışıb.

“Allah heç kimə qismət etməsin. Gözləmədiyimiz halda olan bir şeydir. Gündüz gülüb-danışmışdıq... Gecə zəng edib ki, gəl”, - Rəhimə xanım bildirib.

Y. Nurinin digər qızı Ülkərin sözlərinə görə, 3 mərasimi noyabrın 17-si saat 14:00-da Təzə Pir məscidində baş tutacaq.

Qeyd edək ki, Ülviyyə Yaşarqızı gecə saatlarında ürək çatışmazlığından dünyasını dəyişib.