"Putinə zəng edib deyin ki, salam dost..." - Mark Ruttedən çağırış

NATO-nun baş katibi Mark Rutte Rusiya ilə ticarətini davam etdirən dünya liderlərini Vladimir Putinə zəng etməyə çağırıb.

Jul 15, 2025 - 12:56
"Putinə zəng edib deyin ki, salam dost..." - Mark Ruttedən çağırış

SAVASHMEDİA.az xəbər verir ki, Rutte bu çağırışını Fox News telekanalına müsahibəsi zamanı səsləndirib. 

NATO-nun baş katibi diqqətə çatdırıb ki, həmin liderlər bu addımı ABŞ prezidenti Donald Trampın vəd etdiyi ikinci dərəcəli tariflər qüvvəyə minməzdən əvvəl atmalı və Putini Ukrayna üzrə danışıqlara getməyə inandırmalıdırlar. 

“Əgər siz Pekində, Dehlidə və ya Braziliyadasınızsa və bunların sizin də başınıza gələ biləcəyini başa düşürsünüzsə, bəlkə də Vladimirə zəng edib deməlisiniz: “Salam, dost, biz hələ də səndən bəzi şeylər alırıq, ancaq atəşkəs və ya sülh sazişi ilə bağlı danışıqlar aparmaq barədə ciddi düşünməlisən”, - deyə Rutte vurğulayıb. 
 
O, həmçinin bildirib ki, Donald Tramp ötən həftə Ukraynaya dəstəyi artırmaq niyyətini şəxsən bəyan edib: “Keçən cümə axşamı prezident Tramp mənə zəng edərək dedi: “Mark, biz həqiqətən Ukraynaya silah tədarükünü artırmaq istəyirik”.

Xatirə SADİQ