Əbülfəs Qarayevin qızı ÜZR İSTƏDİ – “Məhsəti” filminə görə
Azərbaycanın sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qarayeva üzr istəyib.
SAVASHMEDİA.az xəbər verir ki, Suad Qarayeva bu barədə “İnstaqram” hesabında açıqlama yayıb.
O bildirib ki, qısametrajlı filmi ilə bağlı son paylaşımı tənqidi məqsəd daşımayıb, sadəcə emosional və şəxsi düşüncəsi olub:
“Azərbaycanın bir vətəndaşı olaraq, ölkəmə, xalqımıza və bizim mədəni dəyərlərimizə hər zaman böyük hörmət və dərin bağlılıqla yanaşmışam. Sözlərimin niyyətimdən fərqli şəkildə başa düşülməsindən səmimi qəlbdən təəssüf edirəm və bundan təsirlənmiş və ya incimiş ola biləcək hər kəsdən üzr istəyirəm. Dəyərlərimə, ölkəmə, xalqımıza və mədəniyyətimizə olan sarsılmaz bağlılığım hər zaman mənimlədir”.
Qeyd edək ki, Suad Qarayeva qalmaqallı “Məhsəti” filminin rejissoru və ssenari müəllifidir. Ekran işində ədəbi irsimizə qarşı hörmətsiz yanaşma müşahidə olunub. Azərbaycanlı şair Məhsəti Gəncəvi obrazının bədii təsvirində ciddi təhriflərə yol verilib. O, əxlaqi dəyərlərə zidd, gəzəyən və uyğunsuz davranışlar sərgiləyən qadın obrazında təqdim edilib.
Banu