“Zelenski pislərdən birini seçməli olacaq...”
“Ukrayna Prezidenti Volodimir Zelenski müharibə ilə bağlı danışıqlar kontekstində dalana dirənib. O, çox çətin vəziyyətdədir”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Ukraynanın sabiq xarici işlər naziri Dmitri Kuleba Fransanın “Le Point” qəzetinə verdiyi müsahibədə deyib.
D.Kuleba bildirib ki, Zelenski çətin qərarlar qəbul etməyə məcburdur:
“Qərarı özü verməli olacaq. O, acınacaqlı durumdadır. Çünki burada düzgün olan qərar yoxdur. Pis və ondan da pis qərarlar var. Zelenski bunlardan birini seçməli olacaq”.
Banu