"Qorxmalı olan Fransadır, qələbəni ad günümə hədiyyə edəcəyəm" - Lamin Yamal
İspaniya millisinin və "Barselona"nın gənc ulduzu Lamin Yamal FIFA 2026 Dünya Çempionatının yarımfinalında Fransa ilə keçiriləcək qarşılaşma öncəsi müsahibə verib.
SAVASHMEDİA.az xəbər verir ki, Fransa ilə qarşıdakı oyunu karyerasının ən vacib matçı adlandıran 19 yaşlı futbolçu iddialı danışıb.
"Bu, indiyədək oynadığım ən vacib oyundur. Ancaq təzyiq hiss etmirəm. Belə oyunlara hazırıq və meydana qalib gəlmək üçün çıxacağıq. Əgər hansısa komanda qorxmalıdırsa, bu Fransa olmalıdır. Özümə ad günü hədiyyəsi olaraq Fransa üzərində qələbə qazanmaq istıəyirəm", - Yamal bildirib.
Qeyd edək ki, İspaniya və Fransa arasında yarımfinal görüşü bu gün, Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək. Qarşılaşmanın qalibi finalda İngiltərə - Argentina cütünün qalibi ilə üz-üzə gələcək.
Səlcuq