Estetikli qadınlar Taleh Yüzbəyova qalib gəldi - Həmin video SİLİNDİ
Aktyor Taleh Yüzbəyovun çəkildiyi dondurma reklamı ətrafında yaranan müzakirələr davam edir.
SAVASHMEDİA.az xəbər verir ki, "Almond Cake & Bakery" üçün hazırlanan reklam çarxı sosial şəbəkələrdə etirazla qarşılanıb.
Xüsusilə bir qrup qadın istifadəçi reklamın ssenarisini, qadın obrazının yanlış təqdim olunmasını və verilən mesajı tənqid edib. Artan reaksiyalardan sonra isə şirkət videonu rəsmi sosial şəbəkə hesabından silib.
Bundan sonra isə Taleh Yüzbəyov reklam çarxının tam versiyasını öz şəxsi hesabında yenidən paylaşıb.
"Şirkətin istəyi ilə videonun tam versiyası onların səhifəsindən qaldırıldı. Reklamsız versiyası buradadır. İstədiyiniz qədər baxıb, bəyənib və bəyənməyə bilərsiniz. Reklamlar bitdi, seyrə davam. Bu haqda bu gün ətraflı danışacağam", - Taleh Yüzbəyov bildirib.
Oğuz