Taleh Yüzbəyovun həyat yoldaşı sükutu pozdu - "Qırmızı xəttimi keçdiniz"
Aktyor Taleh Yüzbəyovun həyat yoldaşı, bloger Xatirə Yüzbəyova son reklam çarxı ətrafında yaranan müzakirələrə münasibət bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, o, heç vaxt başqa qadınların xarici görünüşü və ya bədəni ilə bağlı alçaldıcı paylaşım etmədiyini deyib.
Xatirə Yüzbəyova paylaşımında bunları yazıb:
"11 illik influenser fəaliyyətimdə bədənim, çəkim, üzüm və yaşımla bağlı ən ağır təhqirləri məhz qadınlardan almışam. Amma buna baxmayaraq heç vaxt heç bir qadının nə bədəni, nə də xarici görünüşü ilə bağlı təhqiramiz paylaşım etməmişəm."
O, həmçinin həyat yoldaşı ilə fərqli dünyagörüşünə malik olduqlarını vurğulayaraq bunları yazıb:
"Yenə mən postların altında müzakirə olunuram. Etmədiyim şeylərə görə mühakimə olunuram. Mən və həyat yoldaşım müxtəlif dünyagörüşlərinə, fikirlərə və nəhayət beyinlərə malik insanlarıq. Başqa qadınları öz dünyanızda müdafiə edərkən bu mövzuda mövqeyini bilmədiyiniz bir qadını alçaldaraq hansı qadın həmrəyliyindən danışırsınız? Məqsədim "hype" olsaydı haqqımda çəkilən məsxərə məqsədli videolar, kontentləri müzakirəyə qoyub doyunca bunu edərdim. Amma etmədim. Ta ki, siz mənim qırmızı xəttimi keçənə kimi."
Aytən