PSJ darmadağınla Çempionlar Liqasının qalibi oldu - Qolların VİDEOSU 

Fransanın PSJ komandası UEFA Çempionlar Liqasının finalında İtaliya təmsilçisi “İnter”i darmadağın edərək Avropanın ali klub turnirinin qalibi olub.

Jun 1, 2025 - 01:17
PSJ darmadağınla Çempionlar Liqasının qalibi oldu - Qolların VİDEOSU 

SAVASHMEDİA.az xəbər verir ki, matç "Münhen Arena"da baş tutub.

Parislilərin heyətində Əşrəf Hakimi (12), Dezire Due (20, 60), Xviça Kvaratsxeliya (73), Senni Meyulyu (86) fərqləniblər – 5:0.

Beləliklə, “qırmızı-mavilər” tarixlərində ilk dəfə Çempionlar Liqasının qalibi olublar.