Futbolçudan Mourinyoya sərt sözlər - "Yola verir, qorxaq oynadır"  

“Beşiktaş”ın və Türkiyə millisinin sabiq kapitanı Nihad Kahveci “Az Alkmar” – “Fənərbaxça” oyununu dəyərləndirib.

Nov 8, 2024 - 19:48
Futbolçudan Mourinyoya sərt sözlər - "Yola verir, qorxaq oynadır"  

Türkiyə mediası xəbər verir ki, keçmiş futbolçu “sarı-lacivərtlilərin” 3-1 hesablı məğlubiyyətinin Mourinyonun səriştəsizliyində görüb.

Nihad Kahveci portuqaliyalı baş məşqçinin uğursuz dəyişikliklərinin komandanın sistemini parçaladığını deyib. Onun fikrincə, “Fənərbaxça” Hollandiya təmsilçisi ilə matçda olduqca qorxaq futbol oynayıb.

Kahveci Joze Mourinyonu klubu “yola verməklə” ittiham edir. Sabiq futbolçu “Fənərbaxça” rəhbərliyinin 61 yaşlı mütəxəssislə yollarını ayırlmalı olduğunu dilə gətirib.

yenisabah