Qurbanov Juninyoya görə Braziliyaya zəng etdi - 5 milyona satmışdı, neçəyə almaq istəyir?

Bu ilin əvvəlində "Qarabağ"ı "Flamenqo"ya dəyişən Olavio Juninyonun yenidən Ağdam klubuna dönəcəyi deyilir.

May 18, 2025 - 15:33
Qurbanov Juninyoya görə Braziliyaya zəng etdi - 5 milyona satmışdı, neçəyə almaq istəyir?

SAVASHMEDİA.az-ın əldə etdiyi məlumata görə, artıq bununla bağlı tərəflər arasında ilkin telefon danışığı da olub.

Xatırladaq ki, ağdamlıların 5 milyon avroya Braziliya klubuna satdığı 28 yaşlı hücumçu vətənində heç də uğurlu çıxış etməyib və bu hal ondan narazılığı artırıb.

Bu baxımdan təkcə bir faktı nəzərə çatdırmaq yetərlidir ki, Juninyo "Flamenqo" son 14 oyunun yalnız 8-da Juninyoya şans verib. Juninyo həmin 8 oyunun yalnız 2-də əsas heyətdə, digər 6-da isə sonradan oyuna qoşulmaqla cəmi 2 qolla yadda qalıb.

5 milyon avroya başa gələn futbolçunun bu performansı "Flamenqo"da narazılıq yaranıb və onun transferi müzakirə olunmaöğa başlayıb.

Əldə etdiyimiz məlumata görə, vəziyyətlə bağlı məlumatlı olan Qurban Qurbanov "Qarabağ" rəhbərliyi ilə danışıb və Juninyonun kluba qaytarılmasının razılığını alıb.

Məlumata görə, "Qarabağ"ın bu istəyi "Flaminqo"nun baş məşqçisi Felipe Luisin nəzərinə çatdırılıb. Amma "Qarabağ" indi Juninyoya onu satdığı 5 milyon avrodan daha az ödəmək niyyətindədir.

Oğuz