"Qızı zəng etdi ki, qanlı köynək səndədir? Məni niyə satdın?" - Güllünün qonşusu danışdı
Türkiyənin öldürüldüyü iddia olunan məşhur müğənnisi Güllü ilə bağlı yeni fakt açıqlanıb.
SAVASHMEDİA.az xəbər verir ki, faktı müğənninin ailə dostu və qonşusu Bircan Dülger açıqlayıb.
O, Güllü ilə qızı Tuğyanın münasibətlərindən danışıb:
“Tuğyanı 15 yaşından tanıyıram. Anası ilə heç vaxt yola getməyib. Hətta illər öncə Tuğyan aralarındakı davadan sonra anasını mətbəx önlüyü ilə bağlayıb mənə zəng etmişdi. “Bacı, bu qadını öldürəcəyəm” deyirdi. Dayısı İstanbuldan gəlib Güllünü onun əlindən almışdı. Tuğyanın 15 il əvvəlki sevgilisi Sinan narkotik satırdı. Hazırda həbsxanadadır. Tuğyan Güllü ilə Sinana görə dəfələrlə dalaşmışdı. Hətta Sinan bir dəfə Güllünü döymüşdü. Güllü bacı ilə qonşuyuq. Tuğyan anası ilə dalaşan kimi yanıma gəlirdi. İllərdir narkotik istifadə edir. İndiki sevgilisi Kervan ailəlidir, uşağı da var. Güllü bacı qızının ikinci qadın olmasını istəmirdi. Münasibətlərinə qarşı idi. Bu məsələyə görə də davaları olurdu. Mediada yayılanlar Kervana görə anası ilə dalaşdıqdan sonra mənə yazdığı mesajlar idi. Mesajda “Ölsün, gəbərsin, bu qadına bir şey olsun, artıq yorulmuşam, ölmür” – deyə qeyd etmişdi.
4-5 gün öncə zəng edib “qanlı köynəyim səndədir?” sualını verdi. Anasının öldüyü gün əynində olan köynəyi istəyirdi. Gəldi, həmin gün bizdə qaldı. Nömrəsinin bağlı olduğunu deyib, telefonumu istədi. Verdim, götürən kimi yazışmalarımızı silib. Nömrəsinin bağlı olmadığını sonra bildim”.
Tuğyan B. Dülgerə anasını öldürdüyünü belə etiraf edib:
“Güllü bacının dəfnindən sonra Tuğyandan 3 ay əvvəl anası haqqında dedikləri üçün peşman olub-olmadığını soruşdum. Mənə yazdığı mesajlardan bəhs edirdim. Tuğyan isə cavabında “Bacı, yaxşı ki onda əngəl olmuşdun, kaş bu dəfə də əngəl ola biləydin, mən etmişəm, amma çox peşmanam” dedi.
Tuğyan rezakla özünü doğramış adamdır, onda ağrı hissi yoxdur. Mənə dəfələrlə anasını döydüyünü etiraf edib. Hətta “anamın maşınının “tormozunu kəsmək” istəyirəm, uçurumdan atmaq istəyirəm” deyirdi. Tuğyan Kervanla sevgili olduqdan sonra anasını öldürmək istəyi daha da şiddətlənmişdi. Çünki aralarındakı əngəlin Güllü olduğunu düşünürdü. Güllünün ölümündən sonra ekspertlər evə baxış keçirməli idi. Tuğyan məndən kömək istədi. Qızının otağındakı boş içki qablarını salondakı masanın üstünə yığdıq. Məqsədinin Güllünü içki aludəsi kimi göstərmək olduğunu sonradan anladım. Güllü bacını Tuğyanın itələyib pəncərədən atdığını, yanlarındakı Sultanın da Tuğyandan qorxduğu üçün susduğunu düşünürəm. Çünki mən də Tuğyandan qorxduğum üçün bu günə qədər heç bir şey deyə bilməmişdim. Lakin vicdanım narahat etdiyi üçün vəziyyəti Ferdi bəyə danışdım ”.
B. Dülgər Tuğyanın onu şantaj etdiyini də bildirib:
“Tuğyan zəng edib, prokurorluğa çağırıldığını, mesajların televizorda göstərildiyini qeyd etdi. “Məni tutacaqlar, məni satdın, amma unutma mən yansam, səni də yandıracağam” dedi.
Güllünün İstanbulda səhnəyə çıxdığı əyləncə məkanının sahibi Ferdi Aydın isə prokurorluqda verdiyi ifadədə Güllünün ölümündən 1 ay öncə ona dediklərini danışıb:
“Gülü bacı qızının narkotikdən istifadə etdiyini, nəvəsini döydüyünü və silah qaçaqmalçısı olan bir adamla sevgili olduğunu demişdi. Qızının onu öldürməsindən çox qorxurdu. Mənə “sən mənim oğlumsan, əgər ölsəm, bil ki, qızım öldürüb” deyirdi.
Xatırladaq ki, müğənni Güllü (Gül Tut) sentyabrın 26-da Yalovada yaşadığı binanın 6-cı mərtəbəsindən düşərək həyatını itirib. Övladları verdikləri ifadədə analarının qaraçı rəqsi edərkən sürüşərək açıq olan pəncərədən yıxıldığını bildirmişdilər. Lakin Güllünü tanıyanlar və sənət dostları onun cinayətə qurban getdiyi düşüncəsində idilər.
Banu